Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulur. Matc.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən "Səbail" də cavab oyununa çıxıb.

Paytaxt təmsilçisi səfərdə "Universitatya Krayova" ilə üz-üzə gəlib. Premyer Liqanın bürünc mükafatçısının işi çox çətin idi. çünki Aftandil Hacıyevin yetirmələri ilk görüşdə Bakıda 2:3 hesabı ilə yenilmişdi. Cavab matçında da qapılara 5 qol vurulub və Azərbaycan təmsilçisi yenə eyni hesabla uduzub. Bu üzdən "Səbail" Rumıniyadan əliboş qayıdıb.

 

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
18 iyul

"Universitatya Krayova" (Rumıniya) – "Səbail" (Azərbaycan) 3:2
Qol: A.çikeldeu, 28. B.Veteyelu, 53. D.S.Fortes, 90 - A.Ramazanov, 67. D.Duventru, 69.

Hakimlər: Helqi Mikael Yonasson, Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson, İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)
Krayova. "İon Oblemenko" stadionu
İlk oyun – 3:2

Universitatya Krayova: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru çikeldeu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 22. Kristian Barbut, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 3. Marius Briceaq, 4. Florin Borta, 7. Mihay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş.
Baş məşqçi: Korneliu Papure.

Səbail: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest