18 İyul 2019, 18:21
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi Qazaxıstanın "Tobol" klubu da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv Lüksemburqun "Jeness Eş" klubunu qəbul edib. Səfərdə bu rəqiblə qolsuz heç-heçəyə razılaşan Kostanay təmsilçisi doğma meydanda da qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesabıyla başa çatdığından, Lüksemburq klubu səfər qolu prinsipi ilə növbəti mərhələyə adlayıb.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin qolkiperi 59-cu dəqiqədə penaltidən buraxdığı qola üzülüb.