18 İyul 2019, 22:58
AVROPA LİQASI
Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".
46 yaşlı mütəxəssis bildirib ki, oyundan narazı azarkeşlər səbirsiz olduqları qədər möhtəşəmdilər:
"çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".
Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb:
"O, çox yaxşı oyunçudu, texnikalıdı. Ona çox yaxşı karyera və bol qollar arzulayıram". (Report)