Belə ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşacaq. Bu rəqiblə ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda baş tutacaq.

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta" klubunu iki oyunun nəticəsinə görə 9:0 üstələyən (ilk oyun 3:0, cavab matçı 6:0) "Neftçi" növbəti mərhələyə vəsiqə qazandı. Matc.az xəbər verir ki, artıq Azərbaycan təmsilçisinin növbəti rəqibi də bəllidi.

Belə ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşacaq. Bu rəqiblə ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda baş tutacaq. 

Tuladakı qarşılaşmaya yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) start veriləcəyi bəllidi. Bu barədə "Arsenal"ın rəsmi saytı məlumat yayıb. Cavab qarşılaşması da böyük ehtimalla 21:00-da start götürəcək. Amma bu, hələ rəsmi olaraq açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest