"Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var"

"Neftçi"nin hücumçusu Stiven Monroz Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta" klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- "Arsenal"la oyun öncəsi iki oyuna doqquz vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?
- Əlavə motivasiyaya ehtiyacımız yoxdu. Biz hər oyuna kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük, II mərhələdəki oyunlarımız daha çətin keçəcək. çünki rəqibimiz daha səviyyəli komandadı. Onu da vurğulayım ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.
 
- Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialar görə "Speranta" səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, "Arsenla"la oyunda daha çox pul istəyəcəksiniz...
- Bu, sadəcə, şayiədi.
 
- "Qəbələ"də daha çox driblinqlər edirdiniz. "Neftçi"də isə fərqli çıxış edirsiz...
- Düz vurğuladınız. "Neftçi" mənim yeni komandamdı. Heyətimizdə Dario və Platellas kimi texnikalı oyunçular var. Hər bir oyunçunun vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var.
 
- "Qəbələ"dən sizinlə bərabər Rauf Əliyev və Voyislav Stankoviç "Neftçi"yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?
- Təbii ki, Raufla Voyislavın burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest