"Biz oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə gözləyirdik. Deyə bilmərəm ki, böyük hesablı qələbə gözləyirdik, ya yox. Ancaq kifayət qədər ciddi hazırlaşmışdıq. Bu gün yaxşı oyun nümayiş etdirdik, qalib gəldik"

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta" klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Belə hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə gözləyirdik. Deyə bilmərəm ki, böyük hesablı qələbə gözləyirdik, ya yox. Ancaq kifayət qədər ciddi hazırlaşmışdıq. Bu gün yaxşı oyun nümayiş etdirdik, qalib gəldik.
 
- Baş məşqçinin istədiyi oyun budu? Baş məşqçinin tələb etdiyi oyunun neçə faizini verə bilirsiniz?
- Artırmalıyıq. Düzdü, böyük hesabla qalib gəlmişik. Belə hesabla udsaq da, bu gün də səhvlər buraxırdıq. öz üzərimizdə çalışmalıyıq. 
 
- "Neftçi"nin müdafiə "betonu"nun Petrovla Stankoviç olduğunu demək olar?
- Bu, baş məşqçiyə aid sualdı. Birinci oyunda Mbocla Petrov müdafiənin mərkəzində çıxış etmişdi. Bu gün isə mən və Petrov birgə oynadıq. Hər şey baş məşqçinin qərarından asılıdı. Futbolçuyam və vəzifəm baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdi.
 
- II mərhələdə rəqibiniz Rusiya "Arsenal"ı olacaq. Tula təmsilçisinin oyunlarına baxmısınız? Bu komandanı keçmək şansınız var?
- Məncə, şanslarımız olacaq. Rəqibin oyunlarına baxmamışıq. İki gün sonra bu oyuna hazırlaşmağa başlayacağıq. Bizim şanslarımız var. "Arsenal" yaxşı komandadı. Ancaq bizim də komandamız yaxşıdı. Oyunumuzu yaxşılaşdırıb, həmin oyunlarda şanslı olduğumuzu göstərməliyik.
 
- "Vulverhempton", "Espanyol", "Roma", "Ayntraxt" kimi klublar da "Neftçi"nin potensial rəqibləri idi. "Arsenal"ın daha münasib olduğunu demək olar?
- Təbii ki, daha güclü rəqib düşə bilərdi. "Arsenal"a qarşı yaxşı hazırlaşmalıyıq. Onlara qarşı yaxşı oyun sərgilməliyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest