“Çelsi”nin baş məşqçisi komandanın zədəli futbolçularının çoxluğundan narahatdır. Matc.az xəbər verir ki, Xabi Alonso London təmsilçisinin heyətində yaranmış problemlərin komandanın oyununa təsir etdiyini bildirib.

Mütəxəssis Joao Pedro, Ris Ceyms və Maksens Lakrua da daxil olmaqla bir sıra futbolçuların zədə səbəbindən meydana çıxa bilmədiyini söyləyib.

Alonso mövcud vəziyyətə uyğunlaşmalı olduqlarını və heyətdəki itkilərə baxmayaraq qarşıdakı oyunlarda uğurlu nəticələr qazanmağa çalışacaqlarını qeyd edib.

“Çelsi” bu gün Premyer Liqada “Lids”i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest