21 Noyabr 2026, 17:04
FUTBOL
“Barselona”nın dörd futbolçusu zədədən sonra komandanın məşqlərinə qayıdıb. Matc.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, Jül Kunde, Frenki de Yonq, Pau Kubarsi və Dani Olmo “Vilyarreal”la qarşılaşma öncəsi komanda ilə məşq ediblər.
Baş məşqçi Hans-Diter Flikin qarşıdakı oyunda bu futbolçuların xidmətindən istifadə edə biləcəyi gözlənilir.
Andreas Kristensen isə sol baldır əzələsindəki zədə səbəbindən növbəti iki oyunu buraxacaq.
Qeyd edək ki, “Barselona” noyabrın 22-də La Liqada “Vilyarreal”ı qəbul edəcək.













