"çox istirahət edə bilməmişdim və bir həftə əvvəl kollektivə qoşulmuşdum. Buna baxmayaraq, özümü meydanda yaxşı hiss edirdim". Matc.az saytının məlumatına görə, bunu "Universitatya Krayova"nın yarımmüdafiəçisi Aleksandru çikeldeu deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşan Rumıniya klubu Bakıda olduğu kimi, Krayovada da 3:2 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.
Görüşlə bağlı yerli mətbuata açıqlama verən 22 yaşlı orta sahə oyunçusu cavab oyununda vəziyyət qəlizləşdiyi üçün günahı özlərində görür: "Səbail"lə oyun asan keçmədi. Amma bunun günahkarı da özümüzük. Hesabda 2:0 öndə olarkən rəqibə şans verməməli idik. Gənclər yığmasındakı çıxışdan sonra özümə inamım daha da artıb. Artıq bütün diqqətimizi daxili çempionata yönəltməliyik. çünki həftəsonu "Dinamo" ilə çətin səfər oyunumuz olacaq".