Özümüzlə samovarımızı gətirə bilərik?" "Arsenal"ın cavabı da özünü çox gözlətməyib: "Samovarı götürün, pryaniklə biz təmin edərik".

Avropa Liqasının II təsnifat mərhələsində rəqib olan "Neftçi" ilə "Arsenal" arasında mübarizə indidən başlayıb. Matc.az saytının məlumatına görə, klublar sosial şəbəkə vasitəsilə bir-birilərilə zarafatlaşıb.

"Neftçi" rəsmi tvitter hesabında "Arsenal"ı salamlayıb və Rusiyada keçiriləcək ilk oyun öncəsi Tula klubuna maraqlı sual ünvanlayıb: "özümüzlə samovarımızı gətirə bilərik?" "Arsenal"ın cavabı da özünü çox gözlətməyib: "Samovarı götürün, pryaniklə biz təmin edərik".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest