Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan transfer olunmuşdu. Amma voleybolçumuz "Nilufer Bələdiyyəspor"la qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib.
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi "Fənərbaxça" və "Türk Hava Yolları" klubları olacaq. Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.
Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi planlaşdırır. Bununla bağlı AVF-nın baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov CEV prezidenti Aleksandr Boriçiçlə görüşdə bir sıra mühüm məsələləri müzakirə ediblər.
Qadınlardan ibarət "Lokomotiv", "Rabitə", "Telekom", "Azəryol" və Azərbaycanın kişilərdən ibarət yığmasında məşqçi kimi çalışmış Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. 37 yaşlı gənc mütəxəssis İndoneziyanın "Jakarta" klubu ilə anlaşıb.
Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası müəyyənləşib. 30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək. Belə ki, o, "Kartaj" klubu ilə anlaşıb. Müqaviləyə əsasən yığmamızın üzvü 2019-20 mövsümünü "Kartaj"ın heyətində keçirəcək.
Voleybolçuların paradından sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkə idmanına, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb.
Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində başlayacaq. Əvvəlcə qadınların yarışında "Azərreyl"lə "Abşeron" üz-üzə gələcək. Bu görüşün ardından açılış mərasimi olacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.