"Neftçi"nin legioneri 100-ü yarıladı
Azərbaycan Premyer Liqasının XIII turu "Neftçi"nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. Haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. "Səbail"lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub.


























