"Neftçi” yaxşı maliyyətə malik olan ölkənin aparıcı klubudu. Bu komandaya yaxşı futbolçuları cəlb edirlər. Məni ən çox “Arsenal”ın avrokubokda debüt öncəsi üç aparıcı hücum oyunçusunu itirməsi təəccübləndirdi".

“Azərbaycan çempionatı haqda əvvəlcədən məlumatlıyam. Özüm orda çalışmışam”. Matc.az saytının məlumatına görə, bunu Rusiyanın futbol veteranı Sergey Yuran deyib.

Vaxtilə ölkəmizdə “Simurq”a rəhbərlik etmiş 51 yaşlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə “Arsenal”ın təşkil etdiyi cütlüyü dəyərləndirib. O, "Sovetski Sport"a müsahibəsində paytaxt klubu barədə xoş sözlər işlədib: “Neftçi” yaxşı maliyyətə malik olan ölkənin aparıcı klubudu. Bu komandaya yaxşı futbolçuları cəlb edirlər. Məni ən çox “Arsenal”ın avrokubokda debüt öncəsi üç aparıcı hücum oyunçusunu itirməsi təəccübləndirdi. Komanda indi komplektləşməyib".

Yuran hesab edir ki, "Arsenal"ın avrokuboklarda iştirakı özü uğurdu: "Avrokuboklara düşmək azarkeşlər üçün bayramdı, bütün şəhər səs-küylü olur. Özünə Avropada nüfuz qazanırsan. Yəni “Arsenal” əlbəttə ki, “Neftçi”ni keçməyə çalışacaq. Yaşamaq üçün mübarizə aparmaq tulalılar üçün təhlükə yaratmır. Onlar o qədər də zəif deyillər".

Qeyd edək ki, "Neftçi" - "Arsenal" oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. Tuladakı ilk görüşdə "flaqman" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest