Türkiyənin “Girəsunspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi TFF 1-ci liqa təmsilçisi Super Liqada mübarizə aparan “Rizəspor”la qarşılaşıb. 
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Ozan da bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest