Fransa "Valensyen"inin yetirməsi olan Faustin 2015-ci ildən 2017-ci ilədək sözügedən klubun əsas komandasında forma geyinib. 2017-ci ildə o, Belçikanın "Sulte Varegem" klubuna keçib. Fransada anadan olmasına baxmayara, yarımmüdafiəçi Haiti yığmasını seçib.

"Sabah" baxışa yeni futbolçu dəvət edib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi haitili yarımmüdafiəçi Endi Faustini sınayır.
 
Artıq komandanın düşərgəsində olan 22 yaşlı futbolçu bu gün 1-ci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda da sınaqdan keçirilib. Gənc forvard "Sabah"ın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fərqlənməyi də bacarıb. O, görüşdə sonuncu qolun müəllifi olub.
 
Fransa "Valensyen"inin yetirməsi olan Faustin 2015-ci ildən 2017-ci ilədək sözügedən klubun əsas komandasında forma geyinib. 2017-ci ildə o, Belçikanın "Sulte Varegem" klubuna keçib. Fransada anadan olmasına baxmayara, yarımmüdafiəçi Haiti yığmasını seçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest