"İnter"in hücumçusu Mauro İkardi "Yuventus"un formasını geyinməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard Turin klubu ilə şəxsi razılıq əldə edib.

"Napoli", "Roma" və "Monako"ya "yox" cavabını verən Argentina millisinin üzvü "qoca sinyora" ilə 5 illik müqaviləni razılaşdırıb. Anlaşmaya əsasən, İkardinin yeni komandasında illik məvacibi 8 miloyn avro olacaq.

"Yuve" Paulo Dibala və Mario Mandzukiçi satdıqdan sonra bu transferi rəsmən açıqlamağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest