Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda keçirəcəyi iki ev oyunu öncəsi hazırlıq proqramını müəyyənləşdirib.

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Bakıda keçirəcəyi iki ev oyunu öncəsi hazırlıq proqramını müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yığmamız oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də isə 8-ci km stadionunda Litva komandasını qəbul edəcək. Hər iki qarşılaşmadan əvvəl təşkil olunacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtları rəsmiləşib.

Lixtenşteynlə matçdan bir gün əvvəl, yəni sentyabrın 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda ilk olaraq rəqib komandanın baş məşqçisi saat 16:15-də jurnalistlər önünə çıxacaq, saat 16:45-də isə qonaqların ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı saat 19:15-ə, komandamızın açıq məşqi isə saat 20:00-a təyin edilib.

Litvaya qarşı keçiriləcək üçüncü tur oyunundan əvvəl isə proqram 8-ci km stadionunda baş tutacaq. Rəqib komandanın mətbuat konfransı saat 16:30-da, açıq məşqi isə saat 17:00-da start götürəcək. Bizim milli komandamız isə həmin gün media nümayəndələrini daha tez qəbul edəcək; yığmamızın mətbuat konfransı saat 10:45-də, ilk 15 dəqiqəsi açıq olan məşqi isə saat 11:30-da reallaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest