"İnter"in yarımmüdafiəçisi İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək. Matc.az saytı xəbər verir ki, ulduz futbolçunun "Bavariya"ya keçidi rəsmiləşib.

Münhen təmsilçisi Xorvatiya millisinin üzvünü gələn ilin yayına qədər icarəyə götürüb. Almaniya çempionu bu müddətdə 30 yaşlı oyunçudan məmnun qalsa, onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, İvan Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest