“Neftçi”nin futbolçusu Dario Federiko Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib:
 
“Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”.
 
Braziliyalı vinger özünün əsas xüsusiyyətlərindən birinin driblinq etmək olduğunu söyləyib. O deyib ki, rəqib yenə qapansa, fərdi oyuna üstünlük verəcək.
 
Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest