İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Real"ın ukraynalı qapıçısı Andrey Lunini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı qolkiper bir mövsümlük icarəyə götürülüb.
 
Madrid klubu Lunini ötən mövsümdə də "Leqanes"ə icarəyə göndərmişdi. Ukrayna millisinin üzvü 2018-ci ilin yayında "Real"a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest