"Bu yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm"

İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. 
 
Matc.az xəbər verir ki, israilli mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
"Bu yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm".
 
49 yaşlı mütəxəssis bildirib ki, pley-off mərhələsində qarşılaşacaqları İsveç "Malmö"sünə böyük hörmətlə yanaşırlar: "Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma "Neftçi" ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər". 
 
Abukasis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: "3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə, rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik". (Report)
 
Qeyd edək ki, "Bney Yehuda" ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində pley-offa yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest