Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya yığmasının heyəti açıqlanıb. Matc.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç gələn ay keçiriləcək seçmə mərhələ görüşlərində xidmətindən yararlanacağı futbolçuların adlarını müəyyənləşdirib.

Daliç sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycana qarşı keçiriləcək səfər oyunlarına 23 futbolçu dəvət edib. Daha 6 oyunçu isə ehtiyat qüvvə kimi siyahıya daxil edilib.

Maraqlıdı ki, 2016-cı ildə “Neftçi”nin formasını geyinmiş, hazırda “Çaykur Rizəspor”da çıxış edən Dario Melnyak da yığmaya çağırılıb.

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo"), Simon Sluqa ("Luton", İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Matey Mitroviç ("Brügge", Belçika), Karlo Bartoleç ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Çaykur Rizəspor", Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badeli ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya)

Hücumçular: İvan Perişiç ("Bavariya", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Brekalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”).

Ehtiyat oyunçular: Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Marko Roq ("Kalyari", İtaliya), Filip Benkoviç ("Lester", İngiltərə), Miyo Cakdaş, Yosip Yuranoviç (hər ikisi “Hayduk”), Antonio Mirko Çolak ("Riyeka").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest