"Bayer"in yarımmüdafiəçisi Kay Haverts ən geci gələn ilin yayında klubunu dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı oyunçu Avropa nəhənglərinin maraq dairəsindədi.

Leverkuzen təmsilçisi onun üçün artıq 8 klubdan təklif alıb. Bunlar "Bavariya", "Barselona", "Real", "Mançester Siti", "çelsi", "Mançester Yunayted", "Liverpul" və "Arsenal"dı. "Bayer" rəhbərliyi hələ ki, heç bir klubla razılğa gəlməyib. Almanlar Haverti gələn il 100 milyon avrodan baha qiymətə satmağı planlaşdırır.

Yarımmüdafiəçi uğrunda mübarizədə əsas rəqib kimi isə "Bavariya" ilə "Barselona" sayılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest