15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millilərinin toplanışı olacaq. Matc.az saytının məlumatına görə, sentyabrın 2-də bu komandalar arasında seleksiya xarakterli oyun keçiriləcək.

"Sumqayıt"ın 7 futbolçusuda həmin görüşdə iştirak edəcək. Belə ki, Kənan Cavadlı, İbrahim Nağıyev, Sənan Hüseynov və Xəyal Fərzullayev U-15, Ruhid Mustafayev, Sənan Ağayev və Rəhman Məmmədov isə U-16-nın heyətinə cəlb olunub.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest