Azərbaycan yığmasının sabiq futbolçusu Ufuk Budakın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, son olaraq "Boluspor"un formasını geyinən, yayda sözügedən klubla yollarını ayıran millimizin keçmiş müdafiəçisi TFF I liqanın digər təmsilçisi "Altınordu"ya keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ufuk yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı müdafiəçi Türkiyədə daha öncə "Əskişəhərspor", "Qazişəhər", "Kayserispor", "Manisaspor" və "Samsunspor" klublarında da çıxış edib.


_1761592149.jpg)


_1761586939.jpg)
_1761586541.jpg)





