"Yuventus" yeni transferi Merih Demiralla vidalaşa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Türkiyə millisinin üzvü "Milan"ın maraq dairəsindədi.

"Sassuolo"dan 18 milyon avroya alınan Merih üçün "Milan"ın 30 milyon avroluq ilk təklifi rədd edilib. Ancaq 22 yaşlı mərkəz müdafiəçisindən əl çəkməyən "rossonyerlər"in budəfəki təklifi 45 milyon avro olub. Bu keçid reallaşarsa, Merih Türkiyə futbol tarixinin ən bahalı futbolçusuna çevriləcək.

Qeyd edək ki, Merih Demiral "Fənərbaxça"nın yetirməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest