"Klublara ayrı-ayrı baxsaq, məlumdu ki, "Sevilya" bu turnirin favoritlərindən biridi və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi".

"Ümumi götürsək, maraqlı qrupa düşdük". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

Veteran müdafiəçi klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Müdafiəçi "Sevilya"nın aşkar favorit olduğunu söyləyib: "Klublara ayrı-ayrı baxsaq, məlumdu ki, "Sevilya" bu turnirin favoritlərindən biridi və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

Qeyd edək ki, "Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"la (Lüksemburq) mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest