"Uşaqlar başlarını dik tuta bilərlər. Çünki pley-offa qədər gəlmək özü bir uğur idi və kifayət qədər güclü rəqiblə başabaş mübarizə apararaq məğlub oldular. "Qarabağ"ın Bakıdakı görüşə sürətli başlaması "Linfild" futbolçularını sarsıtdı".

"Qrupa düşmək pis olmazdı. Təəssüf ki, bunu gerçəkləşdirəcək keyfiyyətimiz yox idi ". Matc.az saytının məlumatına görə, bunu "Linfild" rəsmisi Nill Kuinn deyib.

İrlandiya futbolunun canlı əfsanələrindən sayılan 53 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a məğlubiyyəti dəyərləndirib. Kuinn bundan artığına güclərinin çatmadığını etiraf edib.

O, Bakıdakı qarşılaşmada yenilmələrinə də aydınlıq gətirib: "Uşaqlar başlarını dik tuta bilərlər. Çünki pley-offa qədər gəlmək özü bir uğur idi və kifayət qədər güclü rəqiblə başabaş mübarizə apararaq məğlub oldular. "Qarabağ"ın Bakıdakı görüşə sürətli başlaması "Linfild" futbolçularını sarsıtdı. İlk 5-6 dəqiqədə komandada xaos yarandı. Getdikcə öz oyunumuzu göstərməyə başladıq. Ancaq buraxılan ikinci qol bizi "öldürdü". Halbuki 1 qol vursaq da, daha bir neçə şansı qaçırdıq".

Qeyd edək ki, Belfastda 2:3 hesabı ilə məğlub olan "Qarabağ" evdə 2:1 hesablı qələbə qazanaraq, səfər qolları sayəsində qrup mərhələsinə adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest