"Mançester Siti"nin sahibləri daha bir klubun səhmlərini almağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "City Football Group" şirkəti indi də Hindistanın "Mumbay Siti" klubunu almaq niyyətindədi.

Danışıqlar inkişaf mərhələsindədi və razılığın əldə olunması gözlənilir. Bunu "şəhərlilər"in icraçı direktoru Ferran Soriano da təsdiqləyib: "Futbola maraq olan ölkələrə bizim də marağımız var. İki ildi Hindistan klubları arasında seçim aparırıq. Düşünürəm ki, bu il sərmayə qoyacağıq".

Qeyd edək ki, "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "Torke" (Uruqvay), "Sicxuan" (çin) və "Xirona"nın (İspaniya) səhmlərində "City Football Group" şirkətinin payı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest