İtaliya millisinin yarımmüdafiəçisi Klaudio Markizio karyerasını Şotlandiyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Reyncers" ulduz futbolçunun xidmətində maraqlıdı.

Bir müddət əvvəl "Zenit"dən ayrılan 33 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır. Bu üzdən o, hansısa kluba keçməkdə problem yaşamaz. Ancaq "Reyncers" bu mübarizədə tək deyil. çünki "Monako" və "Flamenqo" da hücumameyilli oyunçu ilə danışıq aparır.

Qeyd edək ki, Markizio səhhətindəki problemə görə, ötən mövsüm "Zenit"in heyətində ölkə çempionatında cəmi 9 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest