Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi zamanı iş başında olacaq.

Belə ki, Xudiyev oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək Qazaxıstan - Fransa oyununun hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Həmçinin A milli komandanın meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov da UEFA tərəfindən təyinat alıb. O, UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də Zaqarebdəki Hitrec-Kacijan stadionunda keçiriləcək  "Dinamo" (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest