"Napoli"nin yarımmüdafiəçisi Xose Kalyexon klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib. Matc.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Xose Mariya Kilon İtaliya mətbuatına açıqlamasında məlumat verib:
 
"O, yeni müqavilə bağlaya bilər. Amma hazırda bu barədə düşünmək istəmirik. Klub rəhbərliyi ilə yenidən danışmalıyıq. Onlar bizə öz təkliflərini bildiriblər. Sadəcə, həmin təklif bizi qane etməyib".
 
Qeyd edək ki, Kalyexon 2013-cü ildə Madrid "Real"ından "Napoli"yə gəlib. "Real"ın yetirməsi olan 32 yaşlı ispaniyalı forvard 3 il "Espanyol"da da forma geyinib. Onun "Napoli" ilə mövcud müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest