"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay dünən saxlanılıb. Matc.az xəbər verir ki, korrupsiya və "çirkli pullar"ın yuyulmasında ittiham olunan Henrotayın 2 mənzilinə, 1 qayığına, 3 bahalı avtomobilinə və 7 milyon avro puluna həbs qoyulub.

Henrotay Kurtua ilə yanaşı, Yannik Ferreyra Karrasko və Kevin Miralyasın da meneceridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest