12 Noyabr 2026, 19:28
FUTBOL
İngiltərənin “Kristal Pelas” klubu baş məşqçi Pyer Sajla yollarını ayırıb. Matc.az aytının məlumatına görə, 47 yaşlı fransalı mütəxəssis cəmi 16 oyundan sonra vəzifəsindən göndərilib.
Komanda Premyer Liqada keçirdiyi 10 qarşılaşmada yalnız iki qələbə qazanıb və turnir cədvəlinin sonuncu pilləsinə düşüb.
Sajın rəhbərliyi altında London təmsilçisi son dörd çempionat oyununda məğlub olub. Klubun yeni baş məşqçi postuna əsas namizədlərindən biri kimi Tomas Frankın adı çəkilir.


_1693746512.jpg)










