"Real"ın prezidenti Florentino Peres maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbəri baş tutmayan transferlərdən bəhs edib.

O, Robert Levandovski və Pol Poqbanı ala bilməmələrinin səbəbini belə izah edib: "Levandovskinin transferi üçün bir neçə il "Bavariya" ilə danışıqlar apardıq. Amma almanlar hər dəfə onu satmaqdan imtina etdi. Eyni hal Poqba ilə də baş verdi. Futbolçunun sərbəst qalma məbləği olmadığı zaman çətinliklə üzləşirsən. O ki qaldı Mbappeyə, biz onu bəyənirik və transfer etmək istəyirik. Amma PSJ hələ ki, keçidə yaxın durmur".

Qeyd edək ki, yay fasiləsində "Mançester Yunayted" 150 milyon avro tələb etdiyindən, "Real" Pol Poqbanın transferindən vaz keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest