Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi "Fatih Karagümrük" klubu da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kahramanmaraşspor"la üz-üzə gəlib. Eratın komandası bu oyundan inamlı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib – 4:1.
 
Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest