Futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Turnir cədvəlinin vahid lideri “İnter” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib və yenə minimal hesabla üstün olub. 

“Napoli” isə “Kalyari”ni sınağa çəkib. Neapol klubu ev oyununda məğlubiyyətlə üzləşib.

“Roma” evdə “Atalanta”ya uduzub. “Fiorentina” - “Sampdoriya” matçında isə meydan sahibləri sevinən tərəf olub.

İtaliya A Seriyası
5-ci tur

24 sentyabr

Verona – Udineze 0:0

Breşiya – Yuventus 1:2
Qol: Donnarumma, 4 – Kanselyor, 40-öz qapısına. Pyaniç, 63.

25 sentyabr

Roma – Atalanta 0:2
Qol: Sapata, 71. De Run, 90.

Fiorentina – Sampdoriya 2:1
Qol: Petsella, 31. Kyeza, 57 – Bonatsoli, 79.

Cenoa – Bolonya 0:0

İnter – Latsio 1:0
Qol: D`Ambrosio, 23.

Napoli – Kalyari 0:1
Qol: Kastro, 87.

Parma – Sassuolo 1:0
Qol: Burabia, 90+5.

SPAL – Leççe 1:3
Qol: Di Françesko, 17 – Mankosu, 11-pen; 73-pen. Kalderoni, 47.

26 sentyabr

23:00 Torino – Milan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest