Futbol üzrə İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Real” bu turda “Osasuna”nı, “Atletiko” isə “Malyorka”nı sınağa çəkib. Hər iki oyunda Madrid təmsilçiləri inamlı qələbəyə sevinib. “Atletiko” səfərdə, “Real” isə doğma meydanda qalib gəlib. 

“Leqanes” – “Atletik” və “Valensiya” – “Xetafe” görüşlərində isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası
6-cı tur

24 sentyabr

Valyadolid – Qranada 1:1
Qol: Plano, 12 – Fernandes, 42.

Betis – Levante 3:1
Qol: Loren, 45+3; 48. İqlesias, 67 – Hernani, 7.

Barselona – Vilyarreal 2:1
Qol: Qrizmann, 6. Artur, 15 – Kasorla, 44.

25 sentyabr

Leqanes – Atletik 1:1
Qol: Oskar, 61 – R.Qarsiya, 59-pen.

Malyorka – Atletiko 0:2
Qol: D.Kosta, 26. J.Feliks, 64.

Valensiya – Xetafe 3:3
Qol: M.Qomes, 30; 34. Kanqin, 39 – Mata, 1. Ceyson, 66. Anxel, 69.

Real – Osasuna 2:0
Qol: Vinisius, 36. Rodriqo, 72.

26 sentyabr

21:00 Eybar – Sevilya
22:00 Selta – Espanyol
23:00 Real Sosyedad – Alaves

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest