Bu gün "Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.

Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, Premyer Liqanın ilk 5 turundan sonra aktivində 5 xal olan "Neftçi" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest