Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
 
Günün yeganə matçında mövsümə uğursuz start verən iki komanda - “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.
 
Ardıcıl məğlubiyyətlərdən sonra iki turdu xallar qazanan “Qəbələ”də işlər yoluna düşməyə başlamışdı. Əyalət təmsilçisi doğma meydanda bu uğurlu seriyanın davamını gətirmək istəyirdi.
 
Çempionluğu hədəfləyən paytaxt klubu isə ardıcıl xal itkiləri ilə üzləşməkdəydi. Artıq lider “Qarabağ”la xal fərqi 13-ə çatmışdı. Roberto Bordinin çalışdırdığı komanda bu oyunda da uduzsaydı, böyük ehtimalla italiyalı mütəxəssisin istefası qaçılmaz olacaqdı. Amma paytaxt təmsilçisi bu görüşdə nəhayət ki, qələbə həsrətinə son qoymağı bacarıb.
 
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
6-cı tur
28 sentyabr
 
“Qəbələ” – “Neftçi” 0:3
Qol: T.Axundov, 60. R.Əliyev, 73. S.Monroz, 89.
Qəbələ şəhər stadionu, Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov.
 
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 9. Davit Volkov, 3. İviça Zuniç, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest