Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" - "Səbail" oyununda maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, 32-ci dəqiqədəki epizod meydanda vəziyyətin gərginləşməsinə səbəb olub.

"Neftçi"nin texniki zonasına yaxın yerdə ömər Buludova qarşı kobud oynayan Şəhriyar Rəhimov sarı vərəqə alıb. Həmin an meydanın kənarına gələn "ağ-qaralar"ın məşqçisi Füzuli Məmmədov referidən qırmızı vərəqə tələb edib. Qonaqların hücumçusu Ağabala Ramazanov isə üzünü ona tərəf tutaraq, "hakim var da" deməklə mütəxəssisə iradını bildirib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə millimizin hücumçusuna nəyisə izah eləməyə çalışsa da, Ramazanov əl hərəkəti ilə ona məhəl qoymadığını çatdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest