Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi bu dəfə Mingəçevirdə baş tutub. Matc.az xəbər verir ki, yarışların açılış mərasimində çıxış edənlər Şimal -Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusunun mübarizə apardığını bildiriblər. 
 
Region birinciliyinin iki yaş qrupu üzrə keçirildiyi qeyd olunub. Mingəçevirdən əvvəl Göygöl və Naftalan şəhərlərində də bölgə yarışlarının təşkil edildiyi vurğulanıb. 
 
İlk gün U-15 yaş qrupu üzrə kiçik yaşlı yeniyetmə cüdoçular, sonra isə U-18 yaş qrupunun atletləri medallar uğrunda mübarizə aparıblar. 
 
Qalibləri sizə təqdim edirik:
 
U-15
-30 kg Mövladzadə Nihad
-34 kg Dursunov Fərid
-38 kg Əliyev İbrahim
-42 kg Sadıqov Ramiz
-46 kg Səmədov Allahverdi
-50 kg Rüstəmov Turan
-55 kg Rəşidov Elvin
-60 kg Əhmədzadə Orxan
-66 kg Vəliyev Vəli
-73 kg Qarayev Ramazan
+73 kg Əsirov Toğrul
 
Qızlar
-36 kg İspəndiyarova Rəvanə
-44 kg Məsiyeva Əzizə
-48 kg İsmayılova Gülay
 
U-18
-46 kg Həsənov Faiz
-50 kg Novruzov Cəlil
-55 kg Rəhimov İslam
-60 kg Əmrəliyev Rüstəm
-66 kg Soltanov Novruz
-73 kg Əliyev Vüsal
-81 kg Zamanov İsmayıl
-90 kg Mollayev İlham
 
Qızlar
-52 kg Cəbrayılzadə Fatimə
 
Qaliblərə medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Növbəti bölgə birinciliyi Şamaxı şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest