İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçi Andrea Bertolaççini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı italiyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Bertolaççinin son klubu “Milan” olub. O, yayda milanlılarla yollarını ayırandan bəri azad agent statusu daşıyırdı.
 
“Roma”nın yetirməsi olan Andrea, karyerası ərzində “Leççe” və “Cenoa” klublarında da forma geyinib. O, İtaliya yığmasında 5 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest