Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama oyunu keçirəcək. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” “Qəbələ” ilə qarşılaşacaq.
 
Oktyabrın 12-də, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüşə saat 15:00-da start start veriləcək.
 
Xatırladaq ki, bu iki kollektiv Azərbaycan Premyer Liqasında ilk dövrənin son turunda məhz bir-biri ilə üz-üzə gəlmişdi. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda qalib müəyyənləşməmişdi – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest