Oktyabrın 16-da Milli Olimpiya Komitəsində basketbolçular üçün seminar keçirilib. Matc.az xəbər verir ki, maarifləndirici seminarı Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisləri Lalə Hacıyeva və Leyla Qabulova aparıblar. 
 
Bu, AMADA-nın basketbolçular üçün keçirilən 2-ci seminarı idi. Agentliyin təhsil üzrə meneceri Lalə Hacıyeva idmançıların nəzərinə çatdırıb ki, ötən seminardan bu yana Ümumdünya Antidopinq Agentliyi qadağan edilmiş preparatların siyahısına əlavələr edib.
 
Bundan başqa seminarda bu təşkilatın antidopinq fəaliyyəti ilə bağlı basketbolçuları maraqlandıran bir çox suala aydınlıq gətirilərək idmançılarla AMADAN-nın mütəxəssisləri arasında geniş fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest