"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo yenidən İngiltərəyə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa təmsilçiləri braziliyalı futbolçunun xidmətində maraqlıdı.

Ancaq bu məsələdə son söz "Bavariya"nın olacaq. Belə ki, 27 yaşlı "sambaçı" hazırda icarə əsasında Münhen klubunun formasını geyinir. Razılığa əsasən, almanlar onu 120 milyon avro müqabilində birdəfəlik transfer edə bilər. Əgər "Bavariya" bu şərtə əməl etməkdən boyun qaçırsa, o zaman "Barselona" onu Premyer Liqa klublarından birinə satacaq.

Qeyd edək ki, Koutinyo bu mövsüm 8 oyunda 2 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest