"Liverpul" 35 yaşlı mərkəz müdafiəçisi Vircil van Deykə yerinə əvəzləyici axtarışındadır. Mersisaydlılar bu mövqedə "Nottinqem Forest"in 24 yaşlı futbolçusu Murilyonu görürlər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb.

Bildirilir ki, braziliyalı müdafiəçi ilə "Çelsi" də yaxından maraqlanır. Lakin "meşəbəyilər" qış "transfer pəncərəsi"ndə Murilyo ilə bağlı gələn təklifləri dəyərləndirmək niyyətində deyillər. Oyunçunun uzunmüddətli müqaviləsi olduğunu nəzərə alsaq, klublar üçün bu transferi reallaşdırmaq olduqca çətin olacaq.

Cari mövsümdə Murilyo bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimidir. "Transfermarkt" portalında müdafiəçinin dəyəri 50 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest