04 Oktyabr 2026, 19:01
FUTBOL
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I mərhələsinin seçmə oyunları çərçivəsində sonuncu matçına çıxıb.
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I mərhələsinin seçmə oyunları çərçivəsində sonuncu matçına çıxıb. Millimiz turnirdəki qrup mübarizəsini meydan sahibi Albaniya yığmasına qarşı keçirib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşma Albaniya komandasının 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qollarına 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli imza atıblar.
Bu məğlubiyyətdən sonra qızlarımız turnirdəki çıxışlarını xalsız başa vurublar.













