Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Nassaji Mazandaran”la qarşılaşıb. “Xəzər Lənkəran”ın türkiyəli sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 4:0.
 
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bir gün əvvəl doğma meydanda “Fulad”a məğlub olmuşdu – 2:3.
 
“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında zirvəyə şəriklik edirsə, “Maşinsazi” 7 xalla 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest