Futbol üzrə Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində keçirilən "Konyaspor" - "Yeni Malatyaspor" matçında futbol meydanlarında nadir hallarda rast gəlinən olay yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın start fitindən cəmi 20 saniyə sonra meydan sahibləri azlıqda qalıblar.
 
Belə ki, görüşün baş hakimi "Konyaspor"un qapıçısı Serkan Kırıntılını birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Buna onun cərimə meydançasından kənarda topa əllə müdaxilə etməsi səbbə olub. Baş hakim Mustafa öyretmenoğlu epizodu birbaşa qırmızı vərəqə ilə qiymətləndirib.
 
"Konyaspor"un məşqçilər korpusu erkən qırmızı vərəqə səbəbindən Alper Uludağı meydandan çıxarıb və onun əvəzində qapıçı Ərtoğrul Taşkıranı döyüşə atıblar. Amma qırmızı vərəqə və əvəzetmədən sonra qonaq komandanın futbolçusu Gilyerme təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirməklə oyunda hesabı açıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest